İran Xarici İşlər Nazirliyinin sözçüsü İngiltərə xarici işlər nazirinin azad və dürüst jurnalistika ilə bağlı açıqlamalarına cavab verib
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani çərşənbə günü Tvitterdə yazıb.
"Cənab nazir; Siz bu yalançı şüarlarla İran xalqına qarşı döyüş otağına rəsmən dəstək verirsiniz. İranın təhlükəsizliyinə və millətinə qarşı zorakılıq və iğtişaşları sərbəst şəkildə təşviq edən bir xəbər şəbəkəsinə ev sahibliyi edən və dəstəkləyən bir rejimin xarici işlər naziri iddia edir ki, Britaniya hökuməti “azad və dürüst jurnalistikanın əhəmiyyətinə inanılmaz dərəcədə ciddi yanaşır", -deyə Kənani bildirib.
İran rəsmisi əlavə edib: "Cənab nazir, siz bu yalançı şüarlarla İran millətinə qarşı işləyən döyüş otağına rəsmi dəstək verirsiniz".
FM of a regime which hosts & backs an Org. that's freely propagating terror & violence against Iranian nation & its nat'l security, claims to take "importance of free, honest & open journalism seriously."
— Nasser Kanaani (@IRIMFA_SPOX) November 23, 2022
By such fraudulent slogans, you're supporting the anti-Iran war room.