İran XİN Fransa dərnəyinin bağlanacağını açıqladı

İran XİN Fransa dərnəyinin bağlanacağını açıqladı
Yayınlanma tarixi: 5.01.2023 16:17:15

İran Xarici İşlər Nazirliyi Fransa jurnalında dərc olunan hörmətsiz karikaturaya cavab olaraq Fransaya aid İran Araşdırmalar Dərnəyinin bağlanacağını açıqlayıb.

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada, Fransa jurnalında yer alan hörmətsiz karikaturaya cavab olaraq, Fransanın İran Araşdırmalar Dərnəyinin bağlanacağı bildirilib.

Bəyanatda fransız jurnalının İranın qəbul olunmuş etik standartlarını, dini müqəddəsliyini, din xadimlərini və milli dəyərlərini təhqir edən hərəkəti pislənilib.

Nazirlik həmçinin bu hərəkəti sionizmin anti-islamizmi təbliğ etmək və toplum arasında nifrət yaymaq məqsədi ilə medianı ələ keçirməsinin növbəti əlaməti kimi qiymətləndirib.

Bəyanatda qeyd olunub ki, bu jurnal “ifadə azadlığı” adı altında insan ləyaqətinə, yüksək mənəvi və dini dəyərlərə hörmətsizliyini davam etdirir.

Fransa ilə mədəni əlaqələrin nəzərdən keçiriləcəyi vurğulanan bəyanatda bildirilib:

"Fransanın İrandakı mədəni fəaliyyətlərinin davam etdirilməsi də qiymətləndiriləcək və ilk növbədə Fransaya məxsus İran Araşdırmalar Dərnəyinin ölkədəki fəaliyyəti dayandırılacaq".

GÜNÜN MANŞETLERİ