İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rəsmi səfərdə olduğu Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rəsmi səfərdə olduğu Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Əmir Abdullahiyanla Çavuşoğlu arasında baş tutan görüşün təfərrüatları açıqlanmayıb.
İkitərəfli əlaqələri müzakirə etmək üçün Türkiyədə səfərdə olan Hüseyn Əmir Abdullahiyan Ankaraya səfərinin məqsədini mətbuat mənsublarına açıqlayıb:
"Regional hadisələrə görə bu gün həm Moskvada, həm də Ankarada olmalıydım. Lakin Moskva səfərinin təxirə salınması və Ankara səfərinin bu gün keçirilməsi qərara alınıb".
Ankara səfəri çərçivəsində ikitərəfli münasibətlərin müzakirə olunacağını bildirən Əmir Abdullahiyan deyib:
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisini Türkiyəyə səfərə dəvət etdi. Bugünkü səfər zamanı Prezident Rəisinin bu səfərinin ilk koordinasiyası ən yüksək səviyyədə aparılacaqdır.
İki gün əvvəl Suriyada cənab Bəşər Əsəd və Livanda bu ölkənin yüksək vəzifəli şəxsləri ilə bölgədəki vəziyyəti müzakirə etdik.
Bu səfərin gündəmində də bu məsələlər olacaq”.