İran Xarici İşlər Naziri ABŞ-nin beynəlxalq mövqeyini tənqid edərək bildirib ki, Donald Trampın zor gücü ilə sülh barədə danışması əslində “qanunların hökm sürdüyü deyil, gücün hökm sürdüyü” sistemin təbliğidir və beynəlxalq hüquqa əsaslanan nizamın qurulması üçün dünya ictimaiyyətinin onilliklər ərzində əldə etdiyi uğurları inkar edir.
İslamazeri.com xəbər verir ki, iranlı nazir bildirib ki, bugünkü iclasda cari beynəlxalq proseslər, ABŞ-nin bütün dünyaya qarşı hücumları və qeyri-qanuni, beynəlxalq hüquqa zidd davranışları müzakirə edilib.
Tramp zor gücü ilə sülh barədə danışanda əslində meşə qanunlarını təbliğ edir və deyir ki, kimin gücü çoxdursa, istədiyini edə bilər. Halbuki bütün ölkələr sülhün diplomatiya və dialoq yolu ilə təmin olunması üçün çalışır. Belə yanaşma isə beynəlxalq ictimaiyyətin son 80 il ərzində, İkinci Dünya Müharibəsindən sonra beynəlxalq hüquqa əsaslanan nizamın qurulması sahəsində əldə etdiyi bütün uğurları məhv etmək deməkdir. Bu yeni tendensiya bütün ölkələr və beynəlxalq münasibətlər ekspertləri tərəfindən problemli məsələ kimi qiymətləndirilir.
İclasda, həmçinin, Venesueladakı son vəziyyət müzakirə olunub. Nazir vurğulayıb ki, İran İslam Respublikasının Venesueladakı səfirliyi fəaliyyətini davam etdirir. Səfir və əməkdaşlar işlərini davam etdirirlər. Vətəndaşlarımızın vəziyyəti tam qaydasındadır və heç bir problem qeydə alınmayıb. Hər vəziyyətə hazırlıq da təmin olunub.
İqtisadi diplomatiya və xarici siyasətin ölkənin ehtiyaclarının təmin edilməsinə necə töhfə verə biləcəyi, qonşu ölkələrin potensialından istifadə imkanları barədə də ətraflı müzakirələr aparılıb.
Sanksiyalar və onların son vəziyyəti, eləcə də ədalətsiz məhdudiyyətlərin aradan qaldırılması üçün izlənəcək yollar da gündəlikdə olub.