İran: Rusiya və Fars Körfəzi Şurasının bəyanatını rədd edirik

İran: Rusiya və Fars Körfəzi Şurasının bəyanatını rədd edirik
Yayınlanma tarixi: 17.07.2023 14:34:55

"Rusiya ilə Fars Körfəzi Əməkdaşlıq Şurası arasında keçirilən iclasın bəyanatının məzmununu qətiyyətlə rədd edirik." - Qalibaf

İslamazeri.com xəbər verir ki,İran  İslam Şurası parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Rusiyanın Rusiya ilə Fars Körfəzi Əməkdaşlıq Şurası arasında keçirilən iclasın bəyanatının məzmununu qətiyyətlə rədd etdiklərini açıqlayıb.

"Biz İranın qonşularına, o cümlədən Rusiyaya bəyan edirik ki, regionun sabitliyi və iqtisadi inkişafının qorunması yalnız mehriban qonşuluq prinsiplərinə riayət, o cümlədən ölkəmizin ərazi bütövlüyünə hörmət əsasında mümkündür.

İranın ərazi bütövlüyü bu ölkənin yüz minlərlə ən pak və cəsur gəncinin qanı ilə qorunub saxlanılıb və bu barədə hər hansi söz-söhbət qəbul edilməzdir. O əlavə edib: Özü də Qərbin və NATO-nun geosiyasi ekspansionizminin qurbanı olan və ona qarşı mübarizə aparan Rusiya, İranın Fars körfəzində sabitliyin yeganə təminatçısı olduğu halda, Qərbin Fars körfəzində sabitliyi pozmaq üçün geosiyasi planına kömək etməməlidir.", -deyə Qalibaf əlavə edib.

GÜNÜN MANŞETLERİ