İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani həftəlik mətbuat konfransında gündəmdəki son məsələləri dəyərləndirib.
"İbrahim Rəisinin Türkiyə və Suriyaya səfəri üçün hazırlıq görülür"
İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
Kənani Fransanın “Charlie Hebdo” jurnalının çirkin hərəkətinə reaksiya verib.
Kənani bildirib:
"Bu jurnalın hərəkəti digər xalqların, xüsusilə də müsəlmanların dini dəyərlərini təhqir etməyin bariz nümunəsidir.
Bu Fransız jurnalı öz çirkin hərəkəti ilə qadınları da təhqir etmiş sayılır".
Bu jurnalın daha öncə də Məhəmməd Peyğəmbərlə (s) bağlı uyğunsuz karikaturalar dərc etdiyini xatırladan Kənani, Fransa hökumətinin bu jurnalın mövqeyini pisləməkdənsə, ifadə azadlığı bəhanəsi ilə vəziyyəti qanuniləşdirməyə çalışdığını bildirib.