"Fordo nüvə obyektində uranın 60 faiz zənginləşdirilməsi prosesi dünən başlayıb"
İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami Tehranın yeni uran addımı ilə bağlı mətbuata verdiyi açıqlamasında bildirib.
İslami deyib:
"Siyasi təzyiq və qərarların heç nəyi dəyişməyəcəyini və MAQATE-nin qərarına reaksiya verəcəyimizi bildirdik. Fordo nüvə obyektində dünəndən etibarən uranın 60 faiz zənginləşdirilməsinə başlanılıb".
İran ABŞ, İngiltərə, Fransa və Almaniyanın rəhbərliyi altında Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyətinin qəbul etdiyi qərara cavab olaraq Fordodakı nüvə obyektində uranı 60 faiz saflıqda zənginləşdirməyə başladığını açıqlayıb.
Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkənin nüvə fəaliyyətlərinə nəzarət edən MAQATE İcraiyyə Şurasında Tehrana qarşı qəbul edilən qərarın “siyasi” olduğunu və bu qərara cavab verəcəklərini bildirmişdi.