İran BMT TŞ-ni tənqid edib

İran BMT TŞ-ni tənqid edib
Yayınlanma tarixi: 26.10.2022 15:16:53

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi bu təşkilatın təhlükəsizlik şurasının sionist rejimin Suriyaya qarşı ardıcıl təcavüzləri qarşısında sükuta dalmasını tənqid edib.

İslamazeri.com xəbər verir ki, Əmir-Səid İrəvani BMT Təhlükəsizlik Şurasının Suriya olaylarına həsr olunmuş yığıncağında deyib: Suriya Ərəb Respublikasının sionist rejimin BMT Təhlükəsizlik Şurasında pislənilməsini ardıcıl şəkildə tələb etməsinə rəğmən, bu rejimin Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı ardı-arası kəsilməyən təcavüzləri davam edir.

O, vurğulayıb: BMT Təhlükəsizlik Şurasının sükutu sionist rejimin daha geniş və daha aşkar surətdə təcavüz və cinayətlər törətmək istiqamətində həyasızlaşmasına səbəb olub. Humanitar və beynəlxalq hüquqların aşkar şəkildə pozulması sayılan Suriyadakı əsas infrastrukturlar və mülkilərin hədəfə alınması, bu qəbil cinayətlərdəndir.

İran İslam Respublikasının BMT-dəki baş diplomatı BMT Təhlükəsizlik Şurasından istəyibdir ki, Suriya məsələsində ikili standartlardan istifadəni dayandırıb, sionist rejimin təcavüzünü pisləsin.

O, həmçinin Suriya xalqına qarşı qanunsuz və zalımcasına sanksiyaların və terror təhdidlərinin aradan qaldırılması vacibliyini vurğulayıb.

GÜNÜN MANŞETLERİ