İran Xarici İşlər Nazirliyinin və Danışıqlar Nümayəndəliyinin sözçüsü Bəqayi İran-BAEA münasibətləri ilə bağlı açıqlama verib.
İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, "Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığımız həmişəki kimi davam edəcək".
O bildirib ki, İranın BAEA ilə münasibətləri mövcud yoxlama müqavilələrindən irəli gələn öhdəliklərə və İran Parlamenti və İran Ali Milli Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq davam edəcək.
İran rəsmisi əvvəllər Buşehr Nüvə Elektrik Stansiyası kimi hazırda yoxlama fəaliyyətlərinin aparıldığı obyektlərdə BAEA-nın yoxlamalarının davam edəcəyini bildirib.