Qətərdə keçirilən İran - ABŞ futbol matçından sonra bir gəncin qətlə yetirilməsi cinayəti açılıb
İslamazeri.com xəbər verir ki, Qətərdə futbol üzrə Dünya Kuboku yarışlarında İran - ABŞ futbol matçından sonra bir gəncin İranda qətlə yetirilməsi cinayətinin üstü açılıb.
Bu barədə Bəndər Ənzəli şəhərinin polis rəisi polkovnik Cəfər Civanmərdi açıqlama verib.
O bildirib ki, məlum matçdan sonra bir qrup şəxs Çerağı Bərg məhəlləsində etirazlar keçirmiş, daha sonra Mehran Sammak adlı gənci ov tüfəngi ilə qətlə yetiriblər.
Polis rəisi cinayətin əsl sifarişçilərinin də ədalətdən gizlənə bilməyəcəyini önə çəkib.
Qeyd edək ki, Britaniyada fəaliyyət göstərən farsdilli televiziya kanalları Mehran Sammakın güc strukturları tərəfindən qətlə yetirildiyini iddia etmişdilər. İran tərəfi isə bu iddiaları yalanlamış, cinayətin