"İntellekt" liseyinin direktoruna şiddətli töhmət verilib

Yayınlanma tarixi: 3/29/2023 5:21:35 PM

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunması ilə bağlı müvafiq araşdırma aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "İslamazeri.com"a bildirilib ki, araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.

Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

GÜNÜN MANŞETLERİ

İsrailin Merkava tankı belə vuruldu - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Merkava tankı belə vuruldu - VİDEO

3/27/2026 11:00:01 PM
General Musəvi: Bu dəfə məsələ gözə-göz olmayacaq; gözləyin...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

General Musəvi: Bu dəfə məsələ gözə-göz olmayacaq; gözləyin...

3/27/2026 10:57:31 PM