İmam Əli (ə) hərəmində ən yaxşı Quran qariləri seçilib

İmam Əli (ə) hərəmində ən yaxşı Quran qariləri seçilib
Yayınlanma tarixi: 26.10.2022 12:08:55

İmam Əlinin (ə) hərəminin rəhbərliyi bu hərəmdə Quran tilavət etmək hüququna malik ən yaxşı qariləri seçmək üçün imtahan keçirib.

İslamazeri.com xəbər verir ki, İmam Əlinin (ə) hərəminin məlumat bürosuna istinadən xəbər verir ki, Nəcəf Əşrəfdə Həzrət Əlinin (ə) hərəminin minarələrindən Qurani-Kərim tilavəti üçün ixtisaslı qarilərin imtahanı keçirilib.

Bu imtahan Hərəmin Mədəniyyət İşləri üzrə müavinliyinin tabeliyində olan Darul-Quranın səyləri ilə ixtisaslı qiraətçiləri seçmək üçün keçirilib.

İmam Əlinin (ə) hərəminin Darul-Quranının rəhbəri Əmir Kəsar verdiyi açıqlamada deyib: "Hərəmin Quran oxumağa haqq qazanmış bütün üzvləri bu imtahanda iştirak ediblər".

Kəsar əlavə edib: "Sınaq imtahanında 25 nəfər iştirak edib və onlardan 11 nəfəri bu müqəddəs hərəmdə Quran oxumaq üçün ixtisaslaşdırılmış imtahan komissiyası tərəfindən tanınıb".

GÜNÜN MANŞETLERİ