İbrahim Kalın İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri ilə bağlı açıqlama verib.
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri ilə bağlı açıqlama verib.
İslamazeri.com xəbər verir ki, İran prezidentinin Türkiyə səfərinin yaxın vaxta təxirə salındığını bildirən Kalın, tarixin hələ müəyyən edilmədiyini, bu səfərin yaxın həftələrdə reallaşa biləcəyini bildirib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ilin iyulunda Tehrana rəsmi səfər etmişdi.