"Əhmədli" stansiyasında yük vaqonu relsdən çıxıb

Yayınlanma tarixi: 2.05.2023 10:00:50

Bu barədə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinən (ADY) məlumat verilib.

Bu gün saat 05:30 radələrində "Əhmədli" stansiyasında manevr işləri aparılarkən 1 yük vaqon relsdən çıxıb. Nəticədə vaqondan yük axını baş verir.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinən (ADY) "İslamazeri.com"a verilən məlumata görə, hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.

GÜNÜN MANŞETLERİ