Hizbullah: Qasim Süleymani ABŞ və İsrailin planlarını alt-üst etdi

Hizbullah: Qasim Süleymani ABŞ və İsrailin planlarını alt-üst etdi
Yayınlanma tarixi: 18.01.2023 13:36:53

"Bu gün Hacı Qasim Süleymaniyə nəzər saldıqda onun öz zamanından və məkanından kənarda olduğunu, bütün İslam ümmətinin şəhidi sayıldığını görürük".

Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah Livanın paytaxtı Beyrutda keçirilən Qasım Süleymani adına Dünya Müqavimət Ədəbiyyatı Mükafatı mərasimində çıxış edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Nəsrullah çıxışını iki hissədən ibarət etdi. O, çıxışının birinci hissəsində Şəhid Qasım Süleymani haqqında danışıb, ikinci hissədə isə prezident seçkiləri və elektrik problemi kimi Livanın daxili məsələlərinə toxunub.

Seyid Həsən Nəsrullah deyib:

"Livan İraq, Suriya və Yəməndəki qələbələrini şəhidlərə borcludur. Şəhidlər çoxlu uğurlara imza atıblar. Bəzi şəhidlər öz təsirlərində zaman və məkandan kənardadırlar.

Bu gün Hacı Qasim Süleymaniyə nəzər saldıqda onun öz zamanından və məkanından kənarda olduğunu, bütün İslam ümmətinin şəhidi sayıldığını görürük.

Hacı Qasım son iki onillikdə Amerikanın bölgəni işğalının qarşısını alan ən yaxşı komandirdir. Onlar fikirləşirdilər ki, İraq və regionun digər ölkələrini işğal etmək çox asan olacaq. Lakin formalaşan ox onların planını alt-üst etdi.

Bu plan çox təhlükəli idi. Hacı Qasım bu plana qarşı çıxan oxda iştirak etdi və bir çox uğurlara imza atdı.

Hacı Qasım Böyük İsrail layihəsini də məğlub etdi. Bu məsələ İsrailin divar və tikanlı məftillər arxasında gizlənməsinə və bu gün qələbə ümidini kəsməsinə səbəb olub.

Biz bu şəhidlərin xatirəsini yaşatmalı, onların bəyanatlarından, mövqelərindən, qələbələrindən danışmalıyıq".

Bu gün bölgənin problemlərinin həlli üçün Şəhid Süleymani kimi komandirlərə ehtiyac olduğunu bildirən Nəsrullah İran İslam Respublikası, Suriya, İraq, Livan və Yəmənə qarşı iqtisadi təzyiqlərə toxunub və deyib:

"Yəməndə hər cür imkan var. Amerika Livana müdaxilə edir və bu problemlər mövcuddur. Bu problemləri aradan qaldırmaq üçün bizə Şəhid Süleymaninin və onun kimi insanların varlığı lazımdır".

GÜNÜN MANŞETLERİ