Hindistanda 500 illik tarixi olan məscid dağıdılıb

Hindistanda 500 illik tarixi olan məscid dağıdılıb
Yayınlanma tarixi: 1/18/2023 6:01:45 PM

Hindistanın Uttar Pradeş əyalətinin hakimiyyət orqanları küçənin genişləndirilməsi bəhanəsi ilə 500 illik tarixi məscidi dağıdıblar.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Uttar Pradeş əyalətinin hakimiyyət orqanları küçənin genişləndirilməsi bəhanəsi ilə 500 ilə yaxın yaşı olan tarixi “Şahi” məscidini dağıdıb.

Hindistanda sosial şəbəkələrdə Uttar-Pradeşdəki tarixi "Şahi" məscidinin bələdiyyə buldozerləri tərəfindən dağıdılmasının videoları yayımlanıb. Bu məscid 16-cı əsrə aiddir.

Bu məscidin yerləşdiyi Allahabad şəhərinin mərkəzi məhkəməsi söküntünün dayandırılması ilə bağlı vəsatəti rədd edib və bu məscidin qanunsuz tikildiyini iddia edib.

Hindistan mətbuatının verdiyi məlumata görə, yanvarın 9-da təhlükəsizlik qüvvələri və rəsmilərin iştirakı ilə dağıdılan bu məscid, Əfqan hökmdarlarından Şir Şah Suri tərəfindən tikilmişdir.

Yerli sakinlər məscidin sökülməsinin dayandırılması üçün Ali Məhkəməyə müraciət etməyə çalışsalar da, cəhdləri baş tutmayıb.

GÜNÜN MANŞETLERİ

İsraildəki ABŞ bazası vuruldu: GİZLİ TƏFƏRRÜATLAR
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsraildəki ABŞ bazası vuruldu: GİZLİ TƏFƏRRÜATLAR

3/11/2026 1:10:05 PM
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

3/11/2026 12:14:25 PM
Pezeşkian və Şahbaz Şərif arasında telefon danışığı olub
DÜNYA / İSLAM DÜNYASI

Pezeşkian və Şahbaz Şərif arasında telefon danışığı olub

3/11/2026 11:24:25 AM