Hacı Əli Əliyevə qarşı ittiham məlum oldu

Hacı Əli Əliyevə qarşı ittiham məlum oldu
Yayınlanma tarixi: 12.04.2023 12:59:24

Azərbaycanda Behişti kimi tanınan Hacı Əli Əliyevə qarşı ittiham məlum olub

İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən  xəbər verir ki, Hacı Əli Əliyevə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin  274-cü maddəsilə ittiham irəli sürülüb.

Yaxınlarının "maide.az"-a verdiyi məlumata görə, aprel ayının 8-də hökümət tərəfidən təyin edilən vəkilin iştirakı ilə məhkəmə keçrilərək 274 - cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunan ruhanin barəsində 4 ay həbs qəti imkan tədbiri seçilib. 
Bu qərardan apelyasiya şikayəti veriləcək - maide.az-ın instagram səhifəsi bildirir.
Əliyevin yaxınları bildirir ki, bu gündən ruhanin hüquqlarını vəkil Fariz Namazlı müdafiə edəcək.

Bu həbslə bağlı rəsmi açıqlama yayımlanmayıb.

*     *      *
Qeyd edək ki, Müsavat saytı martın 13-ü 32 nəfərin, martın 31-i ilahiyyatçı Siyasət Bağırovun, aprelin 1-də 8 nəfərin casusluq ittihamı ilə həbs edildiyini bildirib.

32 nəfərlik siyahıdakı adlar:  Nahid Qəhrəmanov, Rüstəm İsmayılov, Bəhruz Kərimov, Elvin Nəsirov, Samir İsayev, Nihat Xəlilov, Maarif Ağayev, Sakif Ağabalayev, Elnur Meybullayev, Rza Rzayev, Tural Vəliyev, Bəxtiyar Babaşov, Mehman Fətəliyev, Murad Abdullayev, Eldəniz Ağayev, Amal Əhmədov, Ceyhun İlyasov, Tural Həsənov, Hilal Əsədov, Nəriman Baxışov, Anar Xəlilov, İlqar Musayev, Şahin Verdiyev, Hasil Rüstəmov, İsmayıl İsmayılov, Elvin Quliyev, Ülvi Əliyev, Vüsal Alış, Nizami Əhmədov, Rahid İbişov, Mənsur Vəlişov və Rövşən Cabbarov.

8 nəfərlik siyahıdakı adlar: Lənkəran sakinləri Hacı Zaman, Hacı İlqar, Xırdalan sakini Zakir Məmmədov, Bakının Fatmayı kənd sakini Elnur Quliyev, Rza Kərimov, Kərbəlayi Qoşqar, Kərbəlayi Kahin və Kərbəlayi Fariz.

Onu da qeyd edək ki, hələ bu həbslər və ya saxlanılmalarla bağlı rəsmi açıqlama verilməyib.

GÜNÜN MANŞETLERİ