Bir müddət əvvəl Azərbaycanın tanınmış Əhlibeyt məddahı Hacı Aydın Rzanın ifasında “Ana” mərsiyəsi yayılıb.
Bir müddət əvvəl Azərbaycanın tanınmış Əhlibeyt məddahı Hacı Aydın Rzanın ifasında “Ana” mərsiyəsi yayılıb. Bu və digər mövzularda Az.shafaqna.com dəyərli məddahdan müsahibə alıb.
İslamazeri.com müsahibəni təqdim edir:
Hacı Aydın Rza, ilk növbədə müsahibəyə razı olduğunuz üçün sizə təşəkkür edirik. Sizi tanıyanlar tanıyır, ilahi və mərsiyələriniz istər ölkəiçi, istər xaricdə Əhlibeyt davamçıları tərəfindən sevilərək dinlənilir. Ancaq “Hacı Aydın Rza kimdir?” – öz dilinizdən oxucularımıza məlumat verərdiniz?
– Mən Hacı Aydın Rza Əhli-Beyt məddahıyam. Allaha şükürlər olsun ki, onun verdiyi səsi onun müqəddəs amalı üçün, Quran və Əhli-Beytin tərifində və mədhində istifafə edirəm. Allahın mənə verdiyi bu nemətdən 2013-cü ildən Universitetdə təhsil aldığım zamandan xidmət edirəm. Allah məni ömrümün sonuna kimi Əhli -Beytin qapısından ayrı salmasın və xidmət edim.
Hacı Aydın, Əhlibeyt məddahı özəl günlərdə, məsələn “Əyyami Fatimə”də nə etməlidir:
– Əyyami Fatimədə diqqətli olmağımız lazımdır. Bir neçə gündür yayımda olan Xanım Fatimeyi Zəhra s.a-nın əzalı günlərində “Ana” haqqında bir mərsiyyəni səsləndirdim. Ümumiyyətlə mən və mənim kimi Əhli-Beyt məddahı olan qardaşlarımızın arzusu budur ki, xüsusi seçilən günlər, Əhli-Beyt ə.s mövludlarında, şəhadət günlərində onların şəninə uyğun, qəm günlərində mərsiyələr yazaq, mövlud günlərində ilahilər oxuyaq. Adını çəkdiyim bu mərsiyyəni də Xanım Zəhra s.a-nın şəhadət günlərində ərsəyə gətirdim.
Bu arada yeni ilahinizin ərsəyə gəlməsi münasibətilə təbrik edirik, bu ilahinin mövzusu nədir və müəllif haqqında məlumat verərdiniz?
– Bu mərsiyyənin ərsəyə gəlməsində mənə kömək olan dostlarımız əzizlərimiz oldu. Bunlardan biri də yazıçı Məhəmməd Vilayi, müsiqinin aranjımançısı Cəmil Zamanı qardaşımız və klipin çəklişində mənə kömək edən Dönməz Nuri qardaşdan Allah razı olsun. Adlarını çəkdiyim şəxlərin dəstəyi ilə bu mərsiyyəni ərsəyə gətirdim. Allah “Shafaqna” xəbər agentliyindən də razı olsun ki, Əhli-Beyt məddahlarının kliplərini ictimayətə işıqlanıdırır. Buna görə, xüsusi təşəkkürümu bildirirəm.
Ölkə daxilində olduğu kimi, xaricdə də fəaliyyətiniz olur, bu barədə nə deyə bilərsiniz?
– Öncə dediyim kimi biz Əhli Beyt məddahları mövlud günləri olsun, şəhadət günləri olsun, Azərbaycanda və Azərbaycandan kənarda xidmət göstəririk. Bu barədə bunu deyim ki, 2016-cı ildən Almaniyada Köln Əhli-Beyt məscidində oranın ruhanisi əziz Seyid Mir Baqir ağanın yanında illərdir Muhərrəm proqramlarında iştirak edirəm. Bundan əlavə mövludlar olsun şəhadət günləri olsun nəinki Almaniya, Avropanın bir çox ölkələrində Hollandiya, Belçika, Avstriya, Luksemburq kimi ölkələrdə Əhli-Beytin adını zikr edib məclislərdə iştirak etmişəm. Yaxın qonşu ölkələrdə Rusiya, Türkiyəyə dəvət almışam. Mənimlə yanaşı dəyərli Əhli-Beyt məddahları qardaşlarım da bu xidmətləri yerinə yetirir. Allah axirətimiz üçün olan bu neməti əlimizdən almasın. Əhli Beyt qapısında xəcalətli etməsin.
Çox gözəl, bəs sirr deyilsə gələcək planlarınız, hədəfiniz haqqında nə deyə bilərsiniz?
– Allahın iznilə yaxın gəlcəkdə və Allah ömür verərsə yaxınlarda Azərbaycanda keçirilən Quran müsabiqəsinin finalında “Ayəeyi Quran” İlahisini təqdim edəcəyəm. İnşaallah dəyərli izləyicilərimə buradan müjdə olsun. YouTube kanalından “Shafaqna” xəbər agentliyi vasitəsilə sizlərə təqdim edəcəyəm.
Ümumilikdə mənim istəyim budur ki, ömrümün mənə vəfa etdiyi qədər Əhli Beyt haqqında yeni-yeni mərsiyyələri və yeni-yeni ilahiləri Azərbaycan və ölkə xaricində olan müsəlmanlara möminlərə namaz qılan hətta Avropada namaz əhli olmayanlara Əhli-Beytin haqıqnda təbliğatı bu üsulla; Allahın əta etdiyi səs nemətilə – ilahilərlə mərsiyyələrlə insanlara çatdırım.
Təşəkkür edirik və fəaliyyətinizdə uğurlar arzulayırıq.
– Mən təşəkkür edirəm, Allah sizdən razı olsun.
“Ana” mərsiyəsini təqdim edirik: