İslamazeri.com-un Din rubrikasından...
İslamazeri.com: Həzrəti Musa (ə) öz səhabələrindən birinin yanından keçəndə, onun səcdə halında olduğunu görür. İşini qurtarıb qayıdanda yenə də onun səcdə halında olduğunu görüb buyurur:
"Əgər sənin istəyin mənim əlimdə olsaydı, hökmən onu yerinə yetirərdim".
Bu zaman Allah Musaya (ə) vəhy edib buyurur ki, o şəxs boynu qırılana qədər səcdə etsə, yenə də onun istəyini qəbul etməyəcəyəm. Yalnız o vaxt qəbul edərəm ki, Mənim xoşlamadığım işlərdən əl çəkib, sevdiyim işlərə doğru üz gətirsin.
Yəni dua edən şəxs gərək günahlardan uzaqlaşıb, ibadətləri yerinə yetirsin. Əks halda, günahlar duasının qəbul olunmasının qarşısını alacaqdır.
Mənbə: "Böyük günahlar", cild 1, səh.13