Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Yayınlanma tarixi: 12.04.2023 17:29:54

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında aprelin 13-də axşam şimal-qərb küləyinin 15-20 m/s, 14-də gün ərzində isə cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə "İslamazeri.com"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında aprelin 12-si axşam qərb rayonlarından başlayaraq 14-ü gündüzədək arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

GÜNÜN MANŞETLERİ