Goranboyda fermadan 6 qumbara və digər sursatlar tapılıb

Goranboyda fermadan 6 qumbara və digər sursatlar tapılıb
Yayınlanma tarixi: 13.04.2023 11:56:30

Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermada silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan "İslamazeri.com"a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xocalı rayon sakini, Mətləb Məmmədova məxsus, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermaya baxış keçirilib.

Oradan 4 ədəd "F1", 1 ədəd "RQ42", 1 ədəd " RQ5" əl qumbaraları, 3 ədəd qumbara alışdırcısı, 74 ədəd 5.45 mm-lik, 3 ədəd 7.62 mm-lik avtomat patronu, 9 ədəd 7.62 mm-lik pulemyot patronu və 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

GÜNÜN MANŞETLERİ