Giləzi-Xızı avtomobil yolu əsaslı təmir edilir

Giləzi-Xızı avtomobil yolu əsaslı təmir edilir
Yayınlanma tarixi: 1/25/2023 2:34:25 PM

Giləzi-Xızı avtomobil yolu əsaslı təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsində əsaslı təmir işlərinə başlayıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, təmir işləri çərçivəsində yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülür. Daha sonra yeni yol əsasının inşası və yeni asfalt-örtüyünün döşənməsi işləri görüləcək.

Bundan başqa zəruri yerlərdə hər iki istiqamət üzrə eni 2,5 metr olmaqla piyada səkilərinin inşası həyata keçiriləcək, yararsız səki daşlarının və drenaj xətlərinin yenilənməsi işləri aparılacaq. Sonda isə yolcizgi və yolgöstərici xətləri, həmçinin piyada zolaqları çəkiləcək.

Xatırladaq ki, uzunluğu 3 kilometr təşkil edən avtomobil yolunun sözügedən hissəsinin eni müvafiq olaraq 8-16 metr olmaqla dəyişir.

 

GÜNÜN MANŞETLERİ

Azərbaycanda yağıntı sabah axşamadək davam edəcək
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda yağıntı sabah axşamadək davam edəcək

4/6/2026 10:01:35 AM
Yağışlı hava sabah da davam edəcək - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Yağışlı hava sabah da davam edəcək - PROQNOZ

4/5/2026 2:17:21 PM
Hizbullah Aralıq dənizində İsrail hərbi gəmisini məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah Aralıq dənizində İsrail hərbi gəmisini məhv edib

4/5/2026 12:29:12 PM
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ÖLKƏ / MÜNASİBƏT

İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub

4/5/2026 11:42:07 AM