Gəncədə yanıq xəsarətləri alan qadın xəstəxanada ölüb

Gəncədə yanıq xəsarətləri alan qadın xəstəxanada ölüb
Yayınlanma tarixi: 1.10.2022 10:50:56

Gəncədə evdə qazdan yaranan partlayış nəticəsində xəsarət alan qadın ölüb.

İslamazeri.com xəbər verir ki, sentyabrın 29-da Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Nadya Qayalova yaşadığı evdə, qazla işləyən hamam isidicisini yandıran zaman partlayış nəticəsində yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 72 yaşlı qadın sentyabrın 30-da Bakıdakı Yanıq Mərkəzində vəfat edib.

GÜNÜN MANŞETLERİ