Əfqanıstanda 24 nəfər şaxtadan donaraq ölüb

Əfqanıstanda 24 nəfər şaxtadan donaraq ölüb
Yayınlanma tarixi: 16.01.2023 14:42:11

Bildirilir ki, yüzlərlə insan da şaxta səbəbi ilə xəstəxanalara müraciət edib.

Əfqanıstanda əlverişsiz hava şəraiti səbəbindən 24 nəfərin donaraq öldüyü açıqlanıb.

İslamazeri.com yerli KİV-lərə istinadən xəbər verir k, şaxtalı hava artıq bir neçə gündür ki, ölkənin mərkəzi və şimal bölgələrində davam etməkdədir.

Baqdis şəhərində 4-ü uşaq olmaqla, 5 nəfər, Herat və Bağlanda 9 evsiz şəxs, Hostda 5, Fəryab və Güzcanda 4, Sari-Polda 1 nəfər dünyasını dəyişib.

Bildirilir ki, yüzlərlə insan da şaxta səbəbi ilə xəstəxanalara müraciət edib.

Qeyd edək ki, Qərbin Əfqanıstana tətbiq etdiyi sanksiyalar, həmçinin bu ölkənin böyük məbləğdə pullarını dondurması səbəbi ilə ölkədə iqtisadi böhran yaşanmaqdadır – insanlar qışda qızınmaq üçün odun və kömür ala bilmirlər.

Kənd yerlərində rəsmi hesabatın aparılmaması donmadan həyatını itirənlərinni sayının çox olması ehtimalını artırır.

GÜNÜN MANŞETLERİ