FHN: Ötən sutka 6 nəfər xilas edilib

FHN: Ötən sutka 6 nəfər xilas edilib
Yayınlanma tarixi: 11/26/2022 10:41:10 AM

Bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib. Həmçinin, Samux rayonunun Çobanabdallı kəndində 1 nəfərin meyiti dərinliyi təqribən 2 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

GÜNÜN MANŞETLERİ

Sabah hava necə olacaq?
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq?

4/2/2026 1:30:01 PM
İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
ÖLKƏ / SİYASƏT

İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

4/2/2026 12:24:24 PM
İran ABŞ-ın Hərir hava bazasını məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran ABŞ-ın Hərir hava bazasını məhv edib

4/2/2026 12:21:15 PM