Dünən qətlə yetirilən ayətullahın qatili kim olub? - VİDEO

Dünən qətlə yetirilən ayətullahın qatili kim olub? - VİDEO
Yayınlanma tarixi: 27.04.2023 09:46:05

Dünən sui-qəsd nəticəsində öldürülən iranlı ayətullahla bağlı cinayət işinin ilkin detalları açıqlanıb.

İslamazeri.com xəbər verir ki, Babolser şəhərində Ekspertlər Məclisinin üzvü Ayətullah Abbas Əli Süleymaniyə qarşı sui-qəsdlə bağlı Mazandaran valisi Seyid Mahmud Hüseynpur açıqlama verib.

Hüseynpur bildirib ki. hücum edən şəxs bankın mühafizəçisi olub.

"Sui-qəsdi həyata keçirən şəxsin Ayətullah Süleymani haqqında dəqiq məlumatı olmayıb. Mərhum bank işləri ilə bağlı banka gedibmiş.

Bank mühafizəçisi əlindəki avtomat silahı ilə Ayətullah Süleymaniyə atəş açıb. Qətlin motivləri araşdırılır. Görünən budur ki,  bu hücum terror aktı deyil.", -deyə Mazandaran valisi Seyid Mahmud Hüseynpur qeyd edib.

GÜNÜN MANŞETLERİ