Daha çox göndəriş verilən tibbi xidmətlər açıqlanıb

Daha çox göndəriş verilən tibbi xidmətlər açıqlanıb
Yayınlanma tarixi: 12.10.2022 16:00:45

İcbari tibbi sığorta çərçivəsində daha çox göndəriş verilən tibbi xidmətlər açıqlanıb.

İslamazeri.com xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin baş mütəxəssisi Sona Qənbərova deyib ki, vətəndaşlar arasında Maqnit Rezonans Tomoqrafiya (MRT), radioloji xidmətlərə müraciətlər artıb:

“Dövlət tibb müəssisələrində bu xidmətlər göstərilə bilmədikdə 69 adda müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş eyni göndərişlə bir neçə dəfə ixtisaslaşmış həkimə müraciət edə bilər. Ambulator müalicədə 21, stasionar müayinə və müalicədə isə 45 gün müddətində təkrar müraciət etmək mümkündür. Lakin göndəriş verildiyi gündən ilk müraciət 10 gün müddətində edilməlidir”.

GÜNÜN MANŞETLERİ