Daha bir marşrut xəttində ödəniş "BakıKart"la olacaq

Daha bir marşrut xəttində ödəniş
Yayınlanma tarixi: 8.04.2023 10:30:30

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Aprelin 10-dan "Bakı Metropoliteni" QSC-nin “Azadlıq prospekti” stansiyası (Süleyman Sani Axundov küçəsi) ilə Abşeron rayonunun Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə "İslamazeri.com"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

GÜNÜN MANŞETLERİ