Daha bir marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus”a verilir

Daha bir marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus”a verilir
Yayınlanma tarixi: 4/19/2023 2:21:49 PM

Daha bir marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus”a verilir.

Aprelin 20-dən 149 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan ortatutumlu avtobuslarla həyata keçiriləcək.

İslamazeri.com Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, həmçinin 149 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də dəyişiklik edilib. Sərnişin tələbatına uyğun olaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi Zərifə Əliyeva küçəsi (“Sahil” metro stansiyası) təyin edilib.

Aparılan təhlillər əsasında 127 nömrəli marşrutun hərəkət sxemi 149 nömrəli müntəzəm marşrutun hərəkət sxeminin əksər hissəsini təkrarlayacağı üçün fəaliyyəti ləğv edilib. Bu dəyişiklik sayəsində ümumilikdə 50 min nəfər yaxın sakini olan Sahil qəsəbəsi üzrə əhalinin ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

GÜNÜN MANŞETLERİ

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI

3/26/2026 3:28:44 PM
Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ

3/26/2026 3:10:01 PM
Ağdamda mina partlayıb, xəsarət alan var
ÖLKƏ / HADİSƏ

Ağdamda mina partlayıb, xəsarət alan var

3/26/2026 2:52:17 PM