Dağ yollarında görmə məsafəsi məhdudlaşacaq

Dağ yollarında görmə məsafəsi məhdudlaşacaq
Yayınlanma tarixi: 24.04.2023 19:35:29

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Aprelin 25-də yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarının bəzi yerlərində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.
Bu barədə "İslamazeri.com"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edək ki, qurumun məlumatına görə, Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.

GÜNÜN MANŞETLERİ