Çavuşoğlu: Türkiyə və İran çətin günlərin dostudur

Çavuşoğlu: Türkiyə və İran çətin günlərin dostudur
Yayınlanma tarixi: 1.11.2022 11:15:24

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

İslamazeri.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən axşam Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb. Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.

Türkiyənin Cümhuriyyət Gününü təbrik edən nazir Əmir Abdullahiyan Bartında mədən karxanasında baş verən partlayışda həyatını itirənlərə görə başsağlığı verib.

Şirazdakı terror aktı ilə bağlı göndərilən başsağlığı mesajına görə Türkiyə Xarici İşlər Nazirliyinə təşəkkür edən Əmir Abdullahiyan deyib: “Son həftələrdə düşmənlər ölkədə baş verən hadisələrdən istifadə edərək İranda təhlükəsizlik və qeyri-sabitlik yaratmağa və İŞİD terrorçularının hücumu üçün zəmin hazırlamağa çalışıblar”, - deyə bildirib.

Çavuşoğlu isə "İran və Türkiyə təkcə iki qonşu ölkə deyil, həm də iki qardaş ölkə və qara günlərin dostudur", - deyə qeyd edib.

Şirazda Şahçeraq ziyarətgahına edilən terror aktını pisləyən Çavuşoğlu Türkiyənin terrorla mübarizədə hər zaman İranın yanında olacağını bildirib.

GÜNÜN MANŞETLERİ