Bu rayonda işıq olmayacaq

Bu rayonda işıq olmayacaq
Yayınlanma tarixi: 1/13/2026 9:45:25 AM

Bu gün Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

İslamazeri.com xəbər verir ki, "Azərişıq"dan verilən məlumata görə, yanvarın 13-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək şəhər ərazisində "Raypo", "Gilan Holdinq" Yaşayış Kompleksləri, Anar Mahmudov, Məhəmməd Əmin Rəsulzadə, Paşa Təhməzov, Vağzal, Şəhidlər Xiyabanı küçələri, saat 13:00-dan 16:30-dək Ləvəngi Dairəsi, Su 8 ərazisi, Şəhidlər Xiyabanı prospektinin bir hissəsi və Girdəni kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

GÜNÜN MANŞETLERİ

Sabah yağış yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq - PROQNOZ

3/21/2026 2:19:04 PM
Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA
REGİON / İRAN

Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA

3/21/2026 1:10:59 PM