Bu gün Rəisi ilə Şahbaz Şərif arasında qeyri-rəsmi görüş keçiriləcək.
Sistan və Bəlucistan əyalətinə səfər edən İran prezidenti Seyid İbrahim Rəisi bu gün Pakistanın baş naziri ilə görüşəcəyini açıqlayıb.
İslamazeri.com xəbər verir ki, İran prezidenti İbrahim Rəisi əyalət turu çərçivəsində bu gün Sistan və Bəlucistan əyalətinin Kunarek şəhərinə gəlib.
Kunarek şəhərinin hava limanında mətbuata açıqlama verən Rəisi deyib:
"Bu gün Rasek şəhərinin sərhədində Pakistanın baş naziri Şahbaz Şəriflə görüşəcəyəm".
Pakistan mediası da xəbər verib ki, Şahbaz Şərif bu gün Seyid İbrahim Rəisi ilə qeyri-rəsmi görüş keçirəcək.
Məlumata görə, Pakistanın Baş naziri Şahbaz Şərif və Seyid İbrahim Rəisi İrandan 110 meqavatlıq elektrik enerjisi idxalı layihəsinin açılışında iştirak edəcəklər.
İbrahim Rəisi və Şahbaz Şərifin İran-Pakistan sərhəd bazarının açılışına qatılacağı öyrənilib.