Bu gün Azərbaycanda Su çərşənbəsidir

Bu gün Azərbaycanda Su çərşənbəsidir
Yayınlanma tarixi: 2/24/2026 10:00:15 AM

Bu gün Azərbaycanda Su çərşənbəsi qeyd olunur.

"İslamazeri.com" xəbər verir ki, Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır.

Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

Qeyd edək ki, Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi martın 10-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.

Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-də daxil olacaq. Martın 20-21-i isə Azərbaycanda Novruz bayramı qeyd olunur.

GÜNÜN MANŞETLERİ

Bəha duası
DİN

Bəha duası

2/24/2026 3:23:01 PM
İranda hərbi vertolyot qəzaya uğrayıb
REGİON / İRAN

İranda hərbi vertolyot qəzaya uğrayıb

2/24/2026 2:32:40 PM