Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb

Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb
Yayınlanma tarixi: 11.10.2022 14:40:17

Britaniyanın bir neçə iranlı şəxs və quruma qarşı əsassız və özbaşına sanksiyalar tətbiq etdiyini elan etməsindən sonra bu ölkənin Tehrandakı səfiri Saymon Şerkliff İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İslamazeri.com xəbər verir ki, Britaniya hökuməti müdaxiləçi bir hərəkətlə və iğtişaşçılara dəstək olaraq, İranın Əxlaq Polisi və bir sıra təhlükəsizlik və siyasi rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

Bu görüşdə Tehranın Britaniyanın İranın daxili işlərinə qarışmasına kəskin etirazı Şerkliffin diqqətinə çatdırılıb və bu ölkənin müdaxiləçi yanaşması kəskin şəkildə pislənilib.

Həmçinin Britaniya səfirinə bildirilib ki, İslam Respublikası qarşılıqlı tədbirlər görmək hüququnu özündə saxlayır.

Şerkliff də İranın etirazını ölkəsinə çatdıracağını bildirib. 

Bu, son həftələrdə üçüncü dəfədir ki, Britaniyanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılır.

Şerkliff sentyabrın 24-də Londonda yerləşən farsdilli medianın İran İslam Respublikasına qarşı apardığı düşmənçilik təbliğatına reaksiya olaraq, həmçinin oktyabrın 5-də bu ölkə rəsmilərinin İranın daxili işlərinə müdaxiləsindən sonra İran Xarici İşlər Nazirliyinə çağırılıb və Tehranın kəskin etirazı ona çatdırılıb.

GÜNÜN MANŞETLERİ