Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası İranda insan haqları pozuntularını araşdırmaq üçün tədqiqat qrupunun yaradılması ilə bağlı təklifi qəbul edib.
İslamazeri.com xəbər verir ki, BMT-də qəbul edilən qərara uyğun olaraq, 16 sentyabr 2022-ci il tarixindən etibarən İranda baş verən etirazlarla bağlı insan hüquqlarının pozulması iddialarını araşdırmaq üçün yeni missiyanın yaradılması qərara alınıb.
25 ölkə İranda iddia edilən hüquq pozuntularının araşdırılması üçün nümayəndə heyətinin yaradılmasının lehinə səs verib, 6 ölkə isə qanun layihəsinin əleyhinə səs verib.
İran xarici işlər naziri Hüseyn Abdullahiyan qərarla bağlı rəsmi ''Twitter'' səhifəsində paylaşım edib.
“İraqın devrilmiş lideri Səddamın İran xalqına qarşı istifadə etdiyi kimyəvi silahların əsas təchizatçısı olan Berlin rejimi və digər fürsətçilər ədalətsiz və qeyri-insani sanksiyaları ilə illərdir insan haqlarını kobud şəkildə pozurlar”,-deyə Hüseyn Abdullahiyan paylaşımında vurğulayıb.
Hüseyn Abdullahiyan bütün bunların “iranlılarla saxta həmrəylik” adı ilə edildiyini bildirib.
Abdullahiyan sözlərinə belə davam edib: Bunu edən ölkələr güclü İranın insan haqlarına sadiq olduğunu və heç bir ölkənin İranın daxili işlərinə qarışmasına imkan verməyəcəyini bilməlidir''.