Biləsuvarda dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb

Biləsuvarda dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb
Yayınlanma tarixi: 25.04.2023 10:00:01

Biləsuvarda dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb.

Biləsuvarda baş vermiş partlayış hadisəsi ilə bağlı aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib.

İslamazeri.com xəbər verir ki, rayon prokurorluğundan bildirilib ki, bundan öncə Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam edir.

Beləliklə də, faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

GÜNÜN MANŞETLERİ