İran prezidenti Seyid İbrahim Rəisi bu gün səhər rəsmi danışıqlar aparmaq üçün Tehrana səfər edən Belarusun baş naziri Roman Qolovçenkonu qəbul edib.
İslamazeri.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi bu gün səhər rəsmi danışıqlar üçün Tehrana səfər edən Belarusun baş naziri Roman Qolovçenko ilə görüşüb.
Bu görüşdə respublika prezidenti İran və Belarus arasındakı dostluq əlaqələrinə toxunaraq deyib:
"Müstəqilliklərini qoruyub saxlamağa çalışdıqları üçün qəddar sanksiyalara məruz qalan ölkələrlə münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi sanksiyaların neytrallaşdırılmasının təsirli yollarından biridir".
İranın amansız sanksiyalara baxmayaraq, iqtisadi sahə də daxil olmaqla bütün sahələrdə əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirən Rəisi, "İran və Belarus bu gün əlaqələri yaxşılaşdırmaq üçün müxtəlif imkanlara malikdir", - deyə qeyd edib.
Belarusun baş naziri Roman Qolovçenko da bəyan edib ki, İranın regional qarşılıqlı əlaqələrin gücləndirilməsinə yanaşması iki ölkə arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün yeni baxış yaradır.
O bildirib ki, İrana səfəri iki ölkə arasında əldə olunan razılaşmaların icrasını sürətləndirmək məqsədilə həyata keçirilib.
Qolovçenko iki ölkə arasında münasibətlərin hər zaman dostluq münasibətinə malik olduğuna, Tehran və Minskin beynəlxalq arenada konstruktiv əməkdaşlıq etdiyinə diqqət çəkərək deyib:
"Bu gün iki ölkə arasında siyasi koordinasiya ən yüksək səviyyədədir və iqtisadi əlaqələri yaxşılaşdırmağın vaxtı çatıb".