Bəhreyn İslam Hərəkatından İsveçə REAKSİYA

Bəhreyn İslam Hərəkatından İsveçə REAKSİYA
Yayınlanma tarixi: 1/25/2023 2:09:13 PM

"Bu şəxsin və İsveç dövlətinin alçaqlığının göstəricisi olan həmin cinayət və Avropanın cahillik üzündən törətdiyi cinayətlərin hamısı eyni növdəndir"

Bəhreyn İslam Hərəkatının lideri Ayətullah Şeyx İsa Qasim İsveçdə Qurani-Kərimin yandırılmasını pisləyən bəyanat verib.

İslamazeri.com xəbər verir ki, İsveçdə Quranın yandırılmasını şiddətlə qınayan Ayətullah Şeyx İsa Qasımın yazdığı bəyanatda bildirilib:

"Bu aksiyanın məqsədi xaos yaratmaq və qlobal təhlükəsizliyi məhv etməkdir. İsveç polisinin himayəsi altında radikal və cahil bir şəxs tərəfindən Qurani-Kərimin yandırılması fərdi cinayət deyil, dövlət cinayətidir.

Bu şəxsin və İsveç dövlətinin alçaqlığının göstəricisi olan həmin cinayət və Avropanın cahillik üzündən törətdiyi cinayətlərin hamısı eyni növdəndir.

Bu cür təxribatçı hərəkətlərin, dini dəyərlərə açıq hücumların ifadə azadlığı çərçivəsində həyata keçirildiyini söyləmək tamamilə axmaqlıqdır".

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM