İran İslam Respublikası xarici işlər nazirinin müavini Qərbin İran İslam Respublikasının daxili işlərinə qarışmaq cəhdlərini vurğulayaraq, xarici güclərin İranda baş verən hadisələri təhrif etdiklərini bildirib.
İslamazeri.com xəbər verir ki, Hindistanın ND telekanalına müsahibə verən Əli Baqiri İranın bəzi şəhərlərində baş verən son qarışıqlığa toxunaraq, xarici güclərin İran hadisələri ilə bağlı yalan bəyanatlar verdiyini deyib.
Baqiri dinc nümayişlərlə zorakı yığıncaqlar arasındakı fərqə toxunaraq, bu məsələyə diqqət yetirilməsinin lazımlığını, həmçinin xarici güclərin İranın daxili işlərinə qarışmasına və İranda baş verən hadisələrlə bağlı öz maraqları kontekstində yalan xəbərlər yaymasına diqqət yetirilməsinin vacibliyini vurğulayıb.