Bakının Süleyman Vəzirov küçəsində yenidənqurma işləri başa çatdırılıb

Bakının Süleyman Vəzirov küçəsində yenidənqurma işləri başa çatdırılıb
Yayınlanma tarixi: 1/8/2026 3:23:55 PM

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Ağ şəhər" yol infrastruktur layihələri çərçivəsində Bakının Süleyman Vəzirov küçəsinin bir hissəsində yenidənqurma işlərini başa çatdırıb.

"İslamazeri.com" agentliyə istinadən xəbər verir ki, yenidənqurma işləri Xəqani Rüstəmov küçəsi ilə kəsişmədən Babək prospektinə qədər olan ərazini əhatə edib.

Uzunluğu 1 100 metr olan sözügedən küçədə hərəkət hissəsinin eni 14 metr təşkil edir. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin parklanmasının təmin olunması məqsədilə 2,5 metr enində xüsusi parkinq zolaqları yaradılıb.

Ərazidə yeni asfalt-beton örtüyü döşənib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün müasir standartlara uyğun işıqforlar və siqnal dirəkləri quraşdırılıb.

Bununla yanaşı, mövcud piyada səkiləri bərpa olunub, zəruri ərazilərdə yeniləri inşa edilib, 5 metr enində yeni piyada səkiləri tikilib və səki hissələri bəzək daşları (tamet) ilə örtülüb.

Aidiyyəti üzrə "İnşaat Norma və Qaydaları"nın tələblərinə uyğun olaraq yol nişanları quraşdırılıb, yol cizgiləri, yolgöstəricilər və piyada keçidləri çəkilib.

Aparılan kompleks yenidənqurma işlərindən sonra Süleyman Vəzirov küçəsinin qeyd olunan hissəsi müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM