Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb
Yayınlanma tarixi: 30.11.2022 10:18:36

Bakıda sürücü avtomobil ilə qadını vuraraq öldürüb.

İslamazeri.com xəbər verir ki, hadisə noyabrın 29-u saat 06:10 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Əliyev Bünyabün Əbil oğlu idarə etdiyi "Mercedes" markalı
avtomobillə hərəkətdə olarkən "RR Petrol" yanacaq doldurma məntəqəsinin qarşısında yolu sağdan sola keçən piyada, 1980-ci il təvəllüdlü Mirzəyeva Afaq Habil qızını vurub. Nəticədə qadın xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

GÜNÜN MANŞETLERİ