Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir

Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir
Yayınlanma tarixi: 7.04.2023 12:08:45

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bakıda Azneft dairəsi istiqamətində 5, 6, 18, 88, 125, 127, 205, 10, 53, 65 və E1 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə "İslamazeri.com"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyin səbəbi paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işlərinin aparılmasıdır. Görülən işlərlə əlaqədar bu gün saat 16:00-dan sabah günün sonunadək ərazi bağlı olacaq. Nəticədə sözügedən marşrut xətləri üzrə hərəkət alternativ yollardan keçməklə təşkil ediləcək.

GÜNÜN MANŞETLERİ