Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
İslamazeri.com APA-ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.5 faiz, Xətaidə 13.5 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.8 faiz, Suraxanıda 8.5 faiz, Nərimanovda 7.8 faiz, Nəsimidə 7.6 faiz, Xəzərdə 7.8 faiz, Nizamidə 7.1 faiz, Səbaildə 4.9 faiz, Qaradağda 4.4 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.