Bakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənilib
Yayınlanma tarixi: 7.04.2023 16:03:04

Bakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.

Nazirlikdən "İslamazeri.com"a verilən xəbərə görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə isə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

GÜNÜN MANŞETLERİ