Azərbaycanın birbaşa daxili dövlət borcunun məbləği açıqlanıb

Azərbaycanın birbaşa daxili dövlət borcunun məbləği açıqlanıb
Yayınlanma tarixi: 17.04.2023 18:38:43

Azərbaycanın birbaşa daxili dövlət borcunun məbləği açıqlanıb.

Bu il aprelin 1-nə Azərbaycanın birbaşa daxili dövlət borcunun məbləği 4 368,7 milyon manat təşkil edib.

İslamazeri.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 180,5 milyon manat və yaxud 4,3 % çoxdur.

Nazirlik artımı daxili dövlət borcalmasının məbləğinin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi ilə izah edib.

GÜNÜN MANŞETLERİ