Azərbaycanda istilik mövsümünün müddəti dəyişə bilər

Azərbaycanda istilik mövsümünün müddəti dəyişə bilər
Yayınlanma tarixi: 4/14/2023 12:17:37 PM

Azərbaycanda istilik mövsümünün müddəti dəyişə bilər.

Azərbaycanda istilik mövsümünün müddətlərinə baxılmasına dair müzakirələr aparılır.

İslamazeri.com xəbər verir ki, bu barədə istilik mövsümünün bitməsinə həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, “Azəristiliktəchizat” ASC, Energetika Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə istilik mövsümünün müddətlərinə baxılmasına dair müzakirələr aparmaqdadır və təbii olaraq nəticələrinə dair ictimaiyyətə əlavə məlumat veriləcək. Mövcud qaydalara əsasən, noyabr ayının 15-dən aprelin 15-ə qədər davam edən mövsüm xarici havanın temperaturuna əsasən tənzimlənir.

İham Mirzəliyev onu da qeyd edib ki, istilik mövsümünün vaxtının dəyişdirilməsi yüngül proses deyil və əlavə enerji resursları, işçi heyyəti və maliyyə vəsaitləri tələb edir.

"Hazırda bu məsələ müzakirələr mərhələsindədir və ilk növbədə bu məsələ çərçivəsində mexanizm müəyyən edilməlidir. Söhbət elə bir mexanizmdən gedir ki, mövsümün başlanması və bitməsi hansısa bir tarixlərə yox, havanın temperaturunda asılı olaraq müəyyə edilsin. İşlək, optimal və çevik mexanizm görmək istəyirik", - deyə İlham Mirzəliyev vurğulayıb.

GÜNÜN MANŞETLERİ

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI

3/26/2026 3:28:44 PM
Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ

3/26/2026 3:10:01 PM
Ağdamda mina partlayıb, xəsarət alan var
ÖLKƏ / HADİSƏ

Ağdamda mina partlayıb, xəsarət alan var

3/26/2026 2:52:17 PM