Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İslamazeri.com"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 825 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 695 nəfər müalicə olunaraq sağalıb, 9 989 nəfər vəfat edib, aktiv xəstə sayı 466 nəfərdir.
Ölkədə son sutka ərzində 1 834, hazırkı dövrədək isə 7 401 826 test aparılıb.