Azərbaycanda bələdiyyələrdə islahatlar aparılacaq

Azərbaycanda bələdiyyələrdə islahatlar aparılacaq
Yayınlanma tarixi: 1/19/2023 12:21:07 PM

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

“Azərbaycanda bələdiyyələrdə islahatların aparılması ilə bağlı bu il bizim qarşımızda çox ciddi məsələlər qoyulub”.

İslamazeri.com xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bununla bağlı yaz sessiyasında komitədə dinləmələr keçiriləcək: “Regional strukturlarda, o cümlədən bələdiyyələrdə islahatların aparılması bilavasitə bizim komitənin səlahiyyətindədir. Prezident də bu məsələ ilə bağlı qarşıya vəzifələr qoyub. Lazım olan qanunların qəbulu, regional strukturlarda islahatların aparılması üçün bu sessiya çox ciddi iş görməliyik”.

GÜNÜN MANŞETLERİ

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib

4/6/2026 5:30:01 PM
Qəribabadidən Trampın təhdidlərinə CAVAB
REGİON / İRAN

Qəribabadidən Trampın təhdidlərinə CAVAB

4/6/2026 2:14:10 PM
İlham Əliyev və İrakli Kobaxidze arasında görüş
REGİON / GÜRCÜSTAN

İlham Əliyev və İrakli Kobaxidze arasında görüş

4/6/2026 2:08:43 PM