Azərbaycan və Ermənistan XİN başçıları ABŞ-da görüşəcəklər

Azərbaycan və Ermənistan XİN başçıları ABŞ-da görüşəcəklər
Yayınlanma tarixi: 16.06.2023 12:01:57

Azərbaycan və Ermənistan xarici işlər nazirləri tezliklə Vaşinqtonda görüşəcəklər.

İslamazeri.com sputnik-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O, bildirib ki, Vaşinqtonda əvvəlki danışıqlarda əldə edilən irəliləyişlərin bundan sonra da artacağına ümid edir.
Baş nazir xüsusilə tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına hazır olduqlarını ifadə etdikdən sonra sərhədin perimetri boyunca vəziyyətin gərginləşməsini qəbuledilməz adlandırıb.
Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında müzakirələrin əvvəlki raundu iyunun 12-də Vaşinqtonda keçirilməli idi, lakin Bakının xahişi ilə görüş təxirə salınmışdı. Nazirlərin Vaşinqtondakı əvvəlki danışıqları 4 gün (1-4 may) davam edib.
Onlar ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

GÜNÜN MANŞETLERİ